"Vətəndaşların 71,7%-i miqrantlara mənfi münasibət bəsləmir. İnsanların çoxu əcnəbi vətəndaşların qanunsuz hərəkətləri ilə rastlaşmayıb”.
Yenisabah.az ng.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Millətlərin İşləri üzrə Federal Agentliyin rəhbəri İqor Barinov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, vəziyyət sabit və idarə olunandır. Marqarita pizza
Eyni zamanda, 2024-cü ildə VTsIOM-un (İctimai Rəyin Tədqiqi üzrə Rusiya Mərkəzi - red.) keçirdiyi sorğuda iştirak edənlərin 81%-i başqa ölkələrdən gələn insanlara qarşı düşmənçilik hiss etmədiklərini bildirib.
"SuperJob" respondentlərinin 80%-i onların həddən artıq çox olduğuna, 62%-i isə zərərli olduğuna inanır.
VFokuse Mail"in (Mail.ru layihəsi) bu yaxınlarda keçirdiyi sorğu iştirakçılarının 80,7%-i miqrantların sayını çox yüksək qiymətləndirib, 76,7%-i onlara mənfi münasibət bəsləyir, 43%-i yeni gələnlərlə münaqişələri olub, 9,2% müntəzəm olaraq münaqişələrlə üzləşir.
Telegram kanalımız