AZ

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir

BAKI, TurkicWorld

Türkiyədə FETÖ-yə qarşı 30 vilayətdə əməliyyat keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində İstanbul, Ankara, İzmir və daha 27 vilayətdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.

Əməliyyatlar nəticəsində ümumilikdə 156 şübhəli saxlanılıb, onlardan 65 nəfəri barəsində həbs qərarı verilib, 34 nəfər məhkəmə nəzarətinə alınıb, digər şübhəlilər barədə hüquqi proseslər davam edir.

Nazirin sözlərinə görə, şübhəlilər FETÖ-nün hazırkı gizli strukturlarında iştirak etmək, təhlükəsizlik səbəbilə taksofonlar vasitəsilə əlaqə yaratmaq, maliyyə dəstəyi təmin etmək və sosial media üzərindən təşkilat təbliğatı aparmaqda ittiham olunurlar.

Əməliyyatlar Respublika Baş Prokurorluğunun koordinasiyasında, Jandarma komandanlığı və Terrorla Mübarizə şöbələrinin iştirakı ilə həyata keçirilib. Araşdırmalar nəticəsində çoxlu sayda təşkilata aid sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.

Qeyd edək ki, əməliyyatlar Adana, Ankara, Aydın, Balıkesir, Batman, Bursa, Diyarbakır, Elazığ, Gaziantep, Hatay, İstanbul, İzmir, Kocaeli, Manisa, Muğla, Şanlıurfa, Trabzon kimi bir çox vilayətdə aparılıb.

Ali Yerlikaya əməliyyatda iştirak edən qurumlara təşəkkür edərək , “Millətimizin birliyi və dövlətimizin bütövlüyünə qarşı fəaliyyət göstərənlərlə mübarizəmiz qətiyyətlə davam edəcək.” - deyə bildirib.

Seçilən
0
22
turkic.world

10Mənbələr