AZ

Kinqsley Koman "Qalatasaray"a gəlir?

"Qalatasaray" yay transfer mövsümündə yeni ulduzları heyətinə qatmağa davam edir. Klub bu dəfə Almaniyanın "Bayern Münhen" komandasında çıxış edən fransalı futbolçu Kinqsley Koman ilə maraqlanır.

Far.Az xəbər verir ki, "Bayern Münhen" Koman üçün 30 milyon avro tələb edir. "Qalatasaray" isə futbolçunu icarə ilə götürüb, daha sonra satış opsiyası ilə transfer etmək istəyir.

Klub, ehtimal ki, futbolçusu Barış Alper Yılmazı satarsa, Komanı komandaya qatacaq. "Qalatasaray" bu transfer üçün ciddi səy göstərir.

Koman bu mövsüm 45 oyunda çıxış edib, 9 qol vurub, 6 asist edib. Yəni təxminən hər 3 oyunda bir qol və ya asistlə komandasına fayda verib.

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Seçilən
3
30
far.az

10Mənbələr