Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Beşiktaş” 1-ci turda səfərdə “Kayserispor”la üz-üzə gələcək.
“Fənərbağça” evdə “Alanyaspor”u sınağa çəkəcək. Son çempion “Qalatasaray” isə səfərdə “Qaziantep”in qonağı olacaq.
8-ci turda “Beşiktaş” – “Qalatasaray”, 11-ci turda “Beşiktaş” – “Fənərbağça”, 14-cü turda isə “Fənərbağça” – “Qalatasaray” matçları gerçəkləşəcək.
Qeyd edək ki, Türkiyə çempionatında yeni mövsümə avqustun 8-də start veriləcək.
Türkiyə, Super Liqa
1-ci tur
Fənərbağça – Alanyaspor
Qaziantep – Qalatasaray
Kayserispor – Beşiktaş
Trabzonspor – Kocaelispor
Fatih Karagümrük – Başakşəhər
Eyüpspor – Konyaspor
Rizəspor – Göztəpə
Samsunspor – Gənclərbirliyi
Antalyaspor – Kasımpaşa