“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” ikinci yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Saloniki təmsilçisi Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb. Görüş “Aris”in məğlubiyyəti ilə başa çatıb – 0:1.
Yunanıstan təmsilçisi bundan öncə Şotlandiyanın “Livinqston” klubuna uduzub – 1:3.
“Araz-Naxçıvan” “Aris”lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.