BAKI. 6 iyul. TELEQRAF
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstanın "Aris" komandası ikinci yoxlama oyununu keçirib.
Teleqraf xəbər verir ki, rəqib Belçika "Anderlext"i olub.
Görüş "Anderlext"in qələbəsi ilə yekunlaşıb - 1:0.
Yunanıstan təmsilçisi ilk yoxlama matçında Şotlandiya "Livinqston"una uduzub - 1:3.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.