AZ

ColognePride 2025: CSD paradı Köln küçələrini bəzəyir - FOTO

ColognePride

2025-ci ildə Almaniyanın Köln şəhərində keçiriləcək ColognePride tədbirinin əsas zirvəsi sayılan CSD (Christopher Street Day) paradı bu il 6 iyul tarixində baş tutub. Ulusum.az-ın Köln müxbiri xəbər verir ki, hər il olduğu kimi bu dəfə də on minlərlə insan LGBTQIA+ icmasının hüquqları, bərabərlik, tolerantlıq və birlik uğrunda küçələrə çıxıb.ColognePrideParad bazar günü saat 11:30-da şəhərin əlamətdar nöqtələrindən biri olan Deutzer körpüsündə başlayacaq və Kölnün mərkəzi küçələrindən keçərək böyük bir yürüş təşkil olunub.Paradın marşrutu:Deutzer Brücke (başlanğıc nöqtəsi)AugustinerstraßePipinstraßeGürzenichstraßeSchildergasseNeumarktApostelnstraßeMittelstraßeRudolfplatzHohenzollernringFriesenplatzMagnusstraßeZeughausstraßeBurgmauerKomödienstraßeParad Marzellenstraße yaxınlığında yekun vurulacaq.Gecə bayramı davam edəcəkYürüşdən sonra iştirakçılar və qonaqlar üçün CSD küçə festivalı davam edəcək. Burada müxtəlif musiqi proqramları, çıxışlar, rəqslər və əyləncəli tədbirlər təşkil olunacaq. Festival həm ictimaiyyətə açıq, həm də bərabərlik mesajı daşıyan çoxsaylı tədbirlərlə yadda qalacaq.ColognePride yalnız bir bayram yox, eyni zamanda insan hüquqlarının müdafiəsi və sosial görünürlüğün gücləndirilməsi üçün mühüm bir platformadır.

Diqqət Çəkənlər

Zərif görünən təhlükə: Qaranlıq empat kimdir və sizi necə ələ keçirir?

İtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib

Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"

Seçilən
0
50
ulusum.az

10Mənbələr