Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU)2024/2025-ci tədris ilində başa vurmuş tələbələrin “Məzun Günü”münasibətilə möhtəşəm və yaddaqalan mərasim təşkil olunub.Universitetin 50 illik yubileyinə təsadüf edən bu önəmli tədbir2025-ci il iyulun 1-də Bakı Kristal Zalında baş tutub. Tədbirəuniversitetin rəhbərliyi, akademik heyəti, tanınmış elm vəictimaiyyət xadimləri, dövlət qurumlarının nümayəndələri, məzunlarvə onların valideynləri böyük ruh yüksəkliyi ilə qatılıb.
Tədbir AzMİU-nun Məzunlar Assosiasiyası, “Kristal Abşeron” və“Coca-Cola” şirkətlərinin dəstəyi ilə yüksək təşkilatçılıqsəviyyəsində keçirilib. Zövqlü şəkildə hazırlanmış səhnədekorasiyası, universitetin simvolları və 50 illik yubileyə həsrolunmuş vizual materiallar tədbirin təntənəli ovqatınıtamamlayıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarınıfəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yadolunması ilə başlayıb. Bu anlar gənclərin vətənə bağlılıqduyğularını daha da gücləndirib, onların yeni mərhələyə milliməsuliyyət hissi ilə qədəm qoyduqlarını simvolizə edib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbirdəçıxış edərək məzunları ürəkdən təbrik edib, onların valideynlərinivə müəllimlərini təhsil prosesindəki səylərinə görə xüsusitəşəkkürlə yad edib. O, AzMİU-nun ötən 50 ildə keçdiyi inkişafyolundan danışaraq bu gün universitetin ölkənin aparıcıixtisaslaşmış ali təhsil müəssisələrindən biri kimi tanındığınıvurğulayıb. Rektor bildirib ki, 2024/2025-ci tədris ilindəümumilikdə 2422 nəfər tələbə universiteti uğurla bitirib. Onlardan2301 nəfəri adi əsaslarla, 70 nəfəri isə fərqlənmə diplomu iləməzun olub. Məzunlar sırasında 51 nəfər əcnəbi tələbə də yer alırki, bu da AzMİU-nun beynəlxalq nüfuzunun və qlobal əməkdaşlıqimkanlarının göstəricisidir.
Bakalavriat səviyyəsini 1292 nəfər, magistratura pilləsini 631nəfər tələbə başa vurub. Universitetin nəzdində fəaliyyət göstərənİnşaat Kollecinin 499 nəfər məzunu isə bu gün ali və orta ixtisastəhsili səviyyəsində peşəkar inkişaf yoluna çıxır. Eyni zamanda,AzMİU-nun həyata keçirdiyi beynəlxalq ikili diplom proqramıçərçivəsində bu il 6 tələbə məzun olub ki, onlardan 5-i Azərbaycan,1-i Türkiyə vətəndaşıdır. Bu göstəricilər universitetin çoxpilləli,çevik və beynəlxalq yönümlü təhsil strategiyasının uğurlareallaşdığını təsdiqləyir.
Rektorun çıxışından sonra Elm və Təhsil nazirinin müavini İdrisİsayev və AzMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin sədriNəriman Topçibaşev çıxış edərək məzunlara öz təbrikləriniçatdırıblar, onları gələcək fəaliyyətlərində uğurlar diləyiblər.Hər iki çıxışda AzMİU məzunlarının bilik və bacarıqlarınınölkəmizin gələcək inkişafı üçün əsas potensiallardan biri olduğuvurğulanıb.
Mərasimdə iştirak edən digər fəxri qonaqlar – Milli Məclisin Elmvə təhsil komitəsinin sədri Anar İskəndərov, millət vəkili AydınMirzəzadə, BP-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrininmüavini İlqar İsbatov və digər rəsmi şəxslər məzunları bu əlamətdargün münasibətilə təbrik ediblər. Onlar AzMİU-nun yetişdirdiyimühəndis, memar, dizayner və digər mütəxəssislərin Azərbaycanınsosial-iqtisadi inkişafında, xüsusilə də işğaldan azad olunmuşərazilərdə aparılan yenidənqurma proseslərində mühüm roloynayacağını qeyd ediblər.
Tədbirin rəsmi hissəsində universitet rəhbərliyi və qonaqlartərəfindən müxtəlif fakültələri fərqlənmə ilə bitirən tələbələrədiplomlar təqdim olunub. Həmçinin təhsil müddətində ictimaifəallığı, innovativ təşəbbüsləri və sosial layihələrdə iştirakı iləseçilən məzunlar xüsusi sertifikat və hədiyyələrləmükafatlandırılıblar. Eyni zamanda, tədbirdə iştirak edən rəsmişəxslər məzunlara fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdimediblər ki, bu da onların əzmkarlığının və nailiyyətlərinin yüksəkqiymətləndirilməsi kimi dəyərləndirilib.
Rəsmi hissədən sonra gəncləri əyləncəli və yaddaqalanbədii-musiqili proqram gözləyirdi. Tanınmış aparıcılar AbbasağaƏlizadə və Elcan Rəhimov tədbirə xüsusi ab-hava bəxş edib. Sevilənifaçılar Orxan Zeynallı, Mərdan Kazımov, eləcə də DJ Kamonuntəqdimatında səsləndirilən populyar mahnılar məzunlara unudulmazanlar yaşadıb. Gənclər rəqs və coşqu içində təhsil həyatlarının buəlamətdar mərhələsini qeyd ediblər.
Tədbirin kulminasiya nöqtəsi isə məzunların ənənəvi “papaqatma”mərasimi olub. Minlərlə papağın eyni anda havaya atılmasıuniversitetin tarixində simvolik bir səhifə kimi yadda qalıb və buanlar rəsmi foto və video çəkilişlərlə əbədiləşdirilib.
Beləliklə, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bumöhtəşəm “Məzun Günü” təkcə bir tədris ilinin sonu deyil, həm dəuniversitetin nailiyyətlərinin, onun yetişdirdiyi gənc nəsilmütəxəssislərin və gələcək uğurların təntənəli nümayişi kimi tarixədüşüb.