AZ

ABŞ sabahdan idxalçı ölkələrə rüsumlarla bağlı məktublar göndərməyə başlayacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası bazar ertəsindən etibarən ABŞ-yə mal idxalçı ölkələrə idxal rüsumlarını göstərən məktublar göndərməyə başlayacaq.

Day.Az-ın məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.

Qeyd edilib ki, ABŞ prezidenti məktubları hansı ölkələrin alacağını və hansı rüsumların təyin olunacağını dəqiqləşdirməyib.

Məlumata əsasən, iyulun 3-də D.Tramp məktublarda qeyd olunan dərəcələrin avqustun 1-dən qüvvəyə minəcəyini bildirivb və bəzilərinin 70%-ə çata biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
17
50
day.az

10Mənbələr