AZ

Tramp böyük tariflərin qüvvəyə minmə müddətini uzatdı

  ABŞ prezidenti Donald Tramp bazar ertəsidən etibarən Ağ Evin ABŞ-a mal ixrac edən ölkələrə idxal rüsumlarının səviyyəsini əks etdirən məktublar göndərməyə başlayacağını bildirib.

Referans Axios-a istinadən xəbər verir ki, o, məktubları hansı ölkələrin alacağını və hansı tariflərin təyin olunacağını dəqiqləşdirməyib.

Tramp yalnız onu qeyd edib ki, məktublarda göstərilən tariflər avqustun 1-dən qüvvəyə minəcək və onlardan bəziləri 70 faizə çata bilər. Bu, faktiki olaraq, iyulun 9-dan qüvvəyə minməli olan tariflərin avqustun 1-dək ertələnməsi deməkdir. Halbuki ötən həftə Tramp iyulun 9-nun son tarix olduğunu açıqlamışdı.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti 185 ölkədən idxala tarifləri qaldırıb, lakin bir həftə sonra qərarın icrasını 90 gün müddətinə - iyulun 9-dək dayandırıb. 85 gün ərzində cəmi 3 ölkə ilə ticarət sazişi bağlanıb - Böyük Britaniya, Çin və Vyetnam.

Mayın ortalarında Tramp bildirib ki, sövdələşmələrə ehtiyac yoxdur, bunun əvəzinə ABŞ ticarət tərəfdaşlarına tədarük etdikləri malların tariflərini göstərən məktublar göndərəcək.
ABŞ-la razılaşma əldə edə bilməyənlər arasında Avropa İttifaqı, Yaponiya, Hindistan kimi böyük ticarət tərəfdaşları var./Musavat.com  

Seçilən
21
15
referans.az

10Mənbələr