Formula 1-də mövsümün növbəti yarışı İngiltərənin əfsanəvi Silverstoun trasında keçirilir.
Offsideplus.az xəbər verir ki, ötən gün baş tutan sıralama turlarında Maks Ferstappen tək dövrədə hamıdan sürətli olub. Niderlandlı pilot karyerasının 44-cü poulunu qazanıb.
Beləliklə o, "Red Bull" tarixində ən çox poul qazanan pilot olan Fettelə çatıb. Onlar hər ikisi 44 dəfə bu uğura imza atıb.
Yarışa 2-ci sırada çempionatın lideri "Maklaren" pilotu Oskar Piastri, 3-cü yerdən isə onun təqibçisi və komanda yoldaşı Lando Norris başlayacaq.
"Ferrari" pilotları Lyuis Hemilton və Şarl Lekler müvafiq olaraq 5 və 6-cı yerləri tutublar.
Əsas yarış bu gün Bakı vaxtı ilə 18:00-da başlayacaq.