AZ

Laçında şirkət maşını dərəyə aşdı - Xəsarət alan var+Video

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan “HOWO” markalı avtomobil idarəetməni itirib.

Nəticədə yüklə dolu olan maşın yol kənarındakı dərəyə yuvarlanıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

Dərəyə yuvarlanan yük maşını qaldırıcı kran vasitəsilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun Laçında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Ziya Əmirxanlı 

Seçilən
12
50
qafqazinfo.az

10Mənbələr