ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan “HOWO” markalı avtomobil idarəetməni itirib.
Nəticədə yüklə dolu olan maşın yol kənarındakı dərəyə yuvarlanıb.
Hadisə nəticəsində yük maşınının sürücüsü xəsarət alıb.
Dərəyə yuvarlanan yük maşını qaldırıcı kran vasitəsilə dərədən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Onun Laçında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.