AZ

Moskvada yarış zamanı idmançı dünyasını dəyişib

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskvanın Krılatskoye şəhərində keçirilən Triatlon Liqası zamanı bədbəxt hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, bu barədə Rusiya Triatlon Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Naro-Fominski təmsil edən triatlonçu Vladimir Porfirov dünyasını dəyişib. Faciə yarışın su hissəsində - 1 mil məsafədə üzgüçülük zamanı baş verib. İdmançı hovuzda huşunu itirərək boğulmağa başlayıb. Yaxınlıqdakı xilasedici hadisəni anındaca hiss edərək onu sudan çıxararaq həkimlərin məntəqəsinə gətirib.

Uzun sürən reanimasiya tədbirlərinə baxmayaraq, idmançını xilas etmək mümkün olmayıb. 10 ildən artıq yarışlarda iştirak edən təcrübəli üzgüçünün ölüm səbəbi barədə hələlik dəqiq heç nə bildirilməyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
30
icma.az

10Mənbələr