AZ

"Qəbələ alimləri" kitabının təqdimat mərasimi keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 5-də Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində rayon ziyalısı, Zarağan kənd 2 saylı tam orta məktəbinin müəllimi Zinyət Tahirli-Əlibəylinin "Qəbələ alimləri" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Qalib Nəbiyev tədbiri açaraq qonaqları salamlayıb, təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğulayıb.

Daha sonra qeyd olunan əsərdə haqqında bəhs olunan alimlər, dünyasını dəyişən elm xadimlərinin ailə üzvləri, o cümlədən rayon ictimaiyyətinin, ziyalılarının nümayəndələri çıxış etdilər.

Şəhid ailələrinin üzvlərinin də iştirak etdiyi təqdimat mərasimi iştirakçılarda zəngin və unudulmaz təəssürat yaratdı.

316 səhifəlik əsər Qəbələ torpağında dünyaya göz açmış 35 alimin hər birinin həyat və yaradıcılığı haqqında tərcümeyi-hal oçerklərindən ibarətdir.

Tərtibçisi Qəbələ ziyalısı Sədaqət Kərimova, redaktoru professor Ədalət Tahirli olan kitab müəllifin Qəbələnin alim övladlarından bəhs edən ilk işidir.

Seçilən
2
50
azertag.az

10Mənbələr