AZ

Qəbələ Dövlət Tarix Bədii Qoruğu əməkdaşlıq əlaqələrinə xüsusi diqqət ayırır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qəbələ, 3 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin aparılması məqsədilə görüş keçirilib. Qəbələ qoruğunda təşkil olunan tədbirdə qurumların rəhbər işçiləri və əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.

Qonaqlar əvvəlcə qoruğun tarixi məkanlarından olan Antik şəhər, Səlbir və Qala ərazilərinə səfər edərək, burada dövrü olaraq aparılmış arxeoloji qazıntılar və konservasiyalarla yaxından tanış olublar.

Sonra görüş iştirakçıları Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonuna baxış keçirilib. Qonaqlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.

Arxeoloji Mərkəzin akt zalında keçirilən tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov qonaqlara qoruğun fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1976-cı ildə yaradılıb. Ümumilikdə, 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva çıxış edərək, qoruqlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən söz açıb, bu istiqamətdə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, qoruqlar arasında təcrübə mübadiləsinin aparılması kollektiv üzvlərinin bilik və bacarıqlarının daha da genişləndirilməsində müsbət rol oynayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
49
azertag.az

10Mənbələr