AZ

"Real" yarımfinala yüksəldi

"Real Madrid" Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, “Metlife” stadionunda (ABŞ, İst-Ruterford, Nyu-Cersi ştatı) baş tutan görüşü braziliyalı referi Ramon Abatti idarə edib.

Hesabı "Real Madrid"in hücumçusu Qonzalo Qarsiya 10-cu dəqiqədə açıb, bundan 10 dəqiqə sonra isə onun komanda yoldaşı, müdafiəçi Fran Qarsiya hesabdakı fərqi artırıb.

90+2-ci dəqiqədə Almaniya yığmasının hücumçusu Maksimilian Bayer buraxılan qollardan birinin əvəzini çıxsa da, 90+4-cü dəqiqədə hücumçu Kilian Mbappe “Real Madrid”in üçüncü qolunu vurub.

90+6-cı dəqiqədə müdafiəçi Din Huysen komandasının cərimə meydançasında kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. 90+8-ci dəqiqədə almaniyalı hücumçu Seru Qirassi penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Beləliklə, "Real Madrid" klublararası dünya çempionatının yarımfinal mərhələsində əvvəllər "Bavariya"nı məğlub etmiş PSJ ilə qarşılaşacaq.

Seçilən
11
39
bakivaxti.az

10Mənbələr