BAKI, 6 iyul. TELEQRAF
ABŞ-nin Cənubi Karolina ştatının sahillərindən təxminən 150 mil məsafədə “Şantal” tropik qasırğası formalaşıb.
Teleqraf xəbər verir ki, artıq Şimali və Cənubi Karolina ştatlarının bəzi bölgələrində tropik qasırğa xəbərdarlığı elan edilib.
Küləyin maksimum sürəti saatda 40 mil təşkil edib.
Sinoptiklərin məlumatına görə, bazar günü axşama doğru qasırğanın şimal-şərqə doğru istiqamətlənəcəyi və Cənubi Karolina sahilləri boyunca hərəkət edəcəyi gözlənilir.