AZ

Yer kürəsində maqnit qasırğası başlayıb

İyunun 27-də səhər saatlarında zəif maqnit qasırğası başlayıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus öz "Telegram" kanalında məlumat verib.

O xatırladıb ki, Yer kürəsi qaynar və sıx Günəş küləyi axınına düşüb və bu da maqnitosferdə dalğalanmalara səbəb olub.

Onun sözlərinə görə, qasırğa G1 sinfinə aiddir və hələlik orta səviyyəyə çatmayıb. Aktivlik indeksi 1.33 vahid təşkil edir. Qasırğanın daha bir neçə saat davam edəcəyi və günortadan sonra zəifləməyə başlayacağı gözlənilir.

Seçilən
16
21
demokrat.az

10Mənbələr