“Vaşinqton”un rusiyalı hücumçusu Aleksandr Oveçkin MHL-də fəaliyyətdə olan oyunçular arasında güc fəndlərinin sayına görə liderdi.
Belə ki, artıq Mett Martin karyerasını bitirdiyini elan edib. 36 yaşlı kandalı ötən həftə bu qərarını açıqlayıb.
O, MHL-də keçirdiyi 15 mövsüm ərzində 3946 güc fəndinə əl atıb. Oveçkinin hesabında hazırda 3743 belə fənd var. Rusiyalı ulduz bu göstəricidə rekorda çatmaq üçün daha 287 fənd tətbiq etməlidi.
Yeri gəlmişkən, 39 yaşlı Oveçkin 2024/25 mövsümündə 110 belə fənd işlədib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta