Qəzza sektorunda atəşkəsin əldə olunması ilə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında sazişə tərəflərin döyüş əməliyyatlarını yenidən başlamayacağına dair ABŞ-nin zəmanətləri daxil ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadən məlumat yayıb.
"Qəzza sektoru üzrə saziş 60 günlük atəşkəs müddətində və ya ondan sonra döyüş əməliyyatlarının bərpa edilməyəcəyinə dair ABŞ-nin zəmanətlərini əhatə edir", - kanalın həmsöhbətlərindən biri bildirib.
Bundan əlavə, telekanalın məlumatına görə, Qəzzada atəşkəslə bağlı saziş qoşunların çıxarılmasına hazırlıq çərçivəsində İsrail ordusunun dislokasiyasınn dəyişdirilməsi üçün razılaşdırılmış planı əhatə edəcək.