AZ

Qəzzada atəşkəs razılaşmasının təfərrüatı açıqlandı

İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşmasına tərəflərin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair ABŞ-nin zəmanəti daxil olacaq.

Demokrat.az xəbər veir ki, bu barədə mənbələrə istinadən "Sky News Arabia" məlumat yayıb.

"Qəzza razılaşması ABŞ-nin 60 günlük atəşkəs müddətində və ya ondan sonra hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətini ehtiva edir", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Qəzzada atəşkəs razılaşmasında qoşunların çıxarılmasına hazırlıq çərçivəsində İsrail ordusunun yerdəyişməsi ilə bağlı razılaşdırılmış plan da yer alacaq.

Bundan əvvəl HƏMAS hərəkatı Rusiyadan İsrailə təsir göstərməyi xahiş etmişdi.

Seçilən
14
50
demokrat.az

10Mənbələr