AZ

KİV: İsrail HƏMAS ilə danışıqlar üçün Dohaya nümayəndə heyəti göndərir

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzə ilə bağlı danışıqlar üçün nümayəndə heyətini Qətərə göndərmək barədə göstəriş verib.

"Report"un məlumatına görə, bu barədə İsrailin yüksək vəzifəli rəsmisinə istinadən "N12" telekanlı xəbər yayıb.

Qeyd olunur ki, yeni danışıqlar raundunun başlanmasına atəşkəs təklifi ilə bağlı HƏMAS-ın müsbət cavabı təkan verib.

"İndi danışıqların vaxtıdır. Bu, mümkündür. Biz bu fürsəti əldən verməməliyik", - adı açıqlanmayan mənbə bildirib.

Eyni zamanda, o, əhəmiyyətli boşluqların da olduğunu qeyd edir və gözləntilərin dərhal razılaşmanı gözləyən ictimaiyyətlə uzlaşdırılmasının vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanının “Asharq” telekanalı iki fələstinli mənbəyə istinadən bildirib ki, yeni düzəliş edilmiş təklifə uyğun olaraq Qəzzada gözlənilən atəşkəs razılaşmasının həyata keçirilməsi mexanizmlərini razılaşdırmaq üçün HƏMAS və İsrail arasında dolayı danışıqların raundu yaxın günlərdə Dohada açılacaq.

Seçilən
10
49
report.az

10Mənbələr