AZ

100 ildən sonra bir ilk

Fransanın paytaxtı Parisdə Sena çayı 1923-cü ildən – 100 ildən çox davam edən qadağadan sonra ilk dəfə xalqın üzünə açılıb. 2024-cü il Paris Olimpiadasında bu hadisə üçün xüsusi olaraq təmizləndiyi açıqlanan çayda yarışlara peşəkar üzgüçülər də qatılıb.

BBC-nin məlumatına görə, bu gün yerli vaxtla 08:00-da (Bakı vaxtı ilə 10:00) çoxlu üzgüçü Sena çayına girərək suya atılıb.

Çayda üzgüçülük üçün üç xüsusi sahə var. Bunlardan biri şəhərin görməli yerlərindən biri olan Eyfel qülləsinin yaxınlığında, digəri Parisin başqa bir simvolu olan Notr-Dam Katedralinin yaxınlığında, üçüncüsü isə şəhərin şərqindədir.

Çaya xalqın girişi üçün nəzərdə tutulmuş bu məntəqələrə təxminən 300 nəfərin dəsmallarını yaydığı paltardəyişmə otaqları və çimərlik üslublu mebel daxildir. Üç üzgüçülük sahəsi avqustun sonuna kimi çaya hansı nöqtədən daxil olduqlarından asılı olaraq 10-14 yaş arası şəxslər üçün müəyyən olunmuş vaxtlarda pulsuz fəaliyyət göstərəcək. Bu məntəqələrdə xilasedicilər də xidmət göstərəcək.

Sena çayında çimməyə qoyulan qadağanın aradan qaldırılması vədi 1988-ci ildən başlayır. O vaxt Parisin meri və Fransanın gələcək prezidenti Jak Şirak qadağanın aradan qaldırılmasının tərəfdarı idi. Son 20 ildə aparılan araşdırmalar sayəsində ziyanlı bakteriyalarının çaya daxil olmasında əhəmiyyətli azalma əldə edilib. Çayda çimməyə qadağa qoyulmasına səbəb suyun çirklənmə səviyyəsinin insanları xəstələndirə bilməsi olub.

Keçən ilki Olimpiya Oyunları ərəfəsində Sena çayının təmizlənməsinə 1,4 milyard avrodan çox sərmayə qoyulmuşdu. Olimpiadanın açılış mərasimi də çayda paradla keçirilsə də, tədbir başlayandan sonra çayın olimpiya idmançılarının üzməsi üçün nə qədər təmiz və təhlükəsiz olduğuna dair şübhələr davam etdi. Olimpiada təşkilatçıları çayda artan çirklənməyə yağışların səbəb olduğunu iddia etdilər. Olimpiada başlamazdan əvvəl, 2024-cü ilin iyulunda Paris meri Ann Hidalqo çayda üzərək Senanın təmiz olduğunu sübut etməyə çalışmışdı.

Seçilən
0
50
vaxt.az

10Mənbələr