Fransanın paytaxtı Parisdə tarixi qərar qəbul edilib.
Publika.az xəbər verir ki, qərara görə Sena çayında çimmək qadağası 100 ildən sonra rəsmi olaraq ləğv olunub.
1923-cü ildən bəri Sena çayında çimmək qadağan edilmişdi. Səbəb isə çayın suyun yüksək dərəcədə çirkli olması idi. Uzun illər boyunca çayda çimməyə cəhd edənlər 15 avro məbləğində cərimələnirdi.
Lakin 2024-cü il Paris Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində çayın təmizlənməsi istiqamətində ciddi işlər görülüb. Nəhayət, iyulun 5-də Paris rəhbərliyi Sena çayının çimərlik üçün yararlı vəziyyətə gətirildiyini açıqlayıb.
Yeni qərara əsasən, şəhərdə çayın üç hissəsində — Sen-Lui adası yaxınlığında, Bersi və Grenel rayonlarında çimərlik sahələri istifadəyə verilib.