AZ

Yaponiyada günəş enerjisi inqilabı: Bu panellər 20 atom reaktoru qədər enerji istehsal edəcək

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiyada gələcəyin bərpa olunan enerji texnologiyaları inkişaf etdirilir. Yeni nəsil perovskit əsaslı günəş panellərinin 2040-cı ilə qədər 20 giqavat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da 20 atom reaktoruna bərabərdir. Bu göstərici Ukraynanın bütün günəş elektrik stansiyalarının istehsal gücündən təxminən 2,5 dəfə çoxdur.

Qaynarinfo xəbər verir ki, Yaponiyanın ərazisi məhdud olduğundan, günəş stansiyalarının geniş şəkildə qurulması üçün yer çatışmazlığı mövcuddur. Lakin ölkə əlverişli coğrafi yerləşməsindən istifadə edərək günəş enerjisi texnologiyalarına, xüsusən də yeni perovskit panellərə üstünlük verir. Bu barədə "Ecoticias” nəşri məlumat yayıb.

Perovskit panellər – silikon əvəzinə perovskit mineraldan istifadə edilən yeni nəsil texnologiyadır. Onların hazırlanması üçün yoda ehtiyac var və Yaponiya bu baxımdan üstünlüyə malikdir – ölkə dünyada ikinci ən böyük yod istehsalçısıdır. Beləliklə, Yaponiyanın bu texnologiyanı inkişaf etdirməklə Çin asılılığından xilas olacağı gözlənilir.

Ənənəvi günəş panellərindən fərqli olaraq, perovskit panellərin əsas üstünlüyü onların yerləşdirilmə çevikliyidir. Onlar böyük torpaq sahələrinə ehtiyac duymur və şəhər infrastrukturunda – binaların divarlarında, pəncərələrdə, avtomobil damlarında, işıq dirəklərində və hətta qapalı məkanlarda da quraşdırıla bilər.

Hazırda bu texnologiya hələlik baha başa gəlir, lakin Yaponiyanın "Sekisui Chemical Co." şirkəti hökumətin dəstəyi ilə bu sahədə tədqiqat və inkişaf işlərini davam etdirir. Gözləntilərə görə, perovskit panellərin kütləvi bazara çıxışı 2030-cu ildə baş verəcək.

2011-ci ildə Fukusima AES-də baş verən nüvə fəlakətindən sonra Yaponiyada günəş enerjisinin inkişafı sürətlənib. 2014-cü ildə 1,9 faiz olan günəş enerjisinin ümumi enerji istehsalındakı payı 2025-ci ilə qədər 10 faizə çatıb və 78 giqavata qədər yüksəlib. Rəsmi proqnozlara əsasən, 2030-cu ildə bu göstərici 38 faizə qədər artacaq.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
50
qaynarinfo.az

10Mənbələr