AZ

"İlham Əliyev bunu mənə deyəndə çox xoşbəxt oldum" -

Qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o, təbii qazla bağlı Suriyaya “hər cür dəstəyi verməyə hazıram” dedi.Metbuat.az TRT haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, İlham Əliyevin belə bir yanaşma ortaya qoyması çox vacibdir:

"Çünki Suriyanın hazırda ən mühüm problemi təbii qazdır. Təbii qaz gələcək ki, enerji olsun. Enerji ilə bağlı problem var. Biz də müəyyən bir nöqtəyə qədər enerji ilə kömək etməyə çalışırıq. Amma bu gün İlham bəydən bu xoş xəbəri alanda özümü çox, çox rahat hiss etdim. Mən qayıdan kimi o şad xəbəri energetika nazirimə verəcəm. Bu barədə Suriya Prezindentinə də məlumat verəcək. Ümid edirik ki, atdığımız addımları Azərbaycanın bizə verəcəyi dəstəklə birləşdirib bu addımı birlikdə atacağıq. Artıq sanksiyaların aradan qaldırılması üçün addımlar atılıb. Biz bunu gücləndirməklə davam etdirmək niyyətindəyik".

Seçilən
26
50
metbuat.az

10Mənbələr