AZ

“Yazıçıda əxlaq olmalıdır, qapı-qapı düşüb yoxlayım ki, kim verdiyim evi satıb ya yox?” - ANAR əsəbləşdi-ÖZƏL

“Ev verdiyimiz əksər yazıçılar sonradan həmin mənzilləri satırlar. Bu doğru addım deyil. Mən bütün yazıçıları izləyə bilmərəm ki, bunlar neynirlər? Gəlirlər yanıma, deyirlər ki, ailə vəziyyətim ağırdır, 8 nəfərlə bir otaqda yaşayırıq və s. Mən də onlara inanıram. Evi veririk, sonra məlum olur ki, heç onun evə ehtiyacı yoxdur. Qalmağa evi var, bunu da satır. Demək ki, o qazanmaq istəyir də. Qazanmaq istəyirsə ayrı yolla qazansın da. Gərək gedib dövlətin verdiyi evi satsın? Gedib ondan evi geri ala bilmərəm. Gələcəkdə gərək nəticə çıxarım, gedib qapı-qapı gəzib yoxlayım ki, həqiqətənmi vəziyyətləri ağırdır ya yox? Yazıçı gərək əxlaqlı olsun. Yazıçılar da insandırlar, onların da içərisində hər cür adam var. Bu il 22 yazıçıya ev verdim. Gərək gedib 22 adamı yoxlayardım? Bu mənim işim deyil axı”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
 
O daha sonra birliyin dəstək olduğu yazıçılardan danışıb.
 
“İmkanı olmayanlara əl tuturuq, təqaüd veririk, sonra bizim birliyi tənqid edir. O artıq baxır onun nəcabətinə, qanacağına. Neyləyim mən? İnsanlar var ki, bir balaca yaxşılıq edirsən yüz dəfə təşəkkür edir. İnsan da var ki, min dənə yaxşılıq edirsən, yenə də narazıdır. Hər dəfə də ev verəndə narazılıq olur. 2 mindən çox üzvümüz var. Hamını necə evlə təmin edə bilərik? İndi imkan yoxdur. İmkan olsa 5 adama yenə mənzil verəcəyik, yenə 55 adam narazı olacaq” deyə Anar bildirib.
Seçilən
31
4
moderator.az

10Mənbələr