AZ

Çində rəqəmsal iqtisadiyyat üzrə qlobal konfrans keçirilir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyul, AZƏRTAC

Pekində Çinin regionlarından və xaricdən gələn yüksəksəviyyəli qonaqlar 2025-ci il Rəqəmsal İqtisadiyyat üzrə Qlobal Konfransa toplaşaraq rəqəmsal iqtisadiyyatın inkişafı və dünyada “rəqəmsal şəhərlər”in qurulması üçün beynəlxalq əməkdaşlığa çağırıblar.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, qlobal sənaye liderləri şəhər səviyyəsində əməkdaşlıq, texnoloji innovasiya və mənimsəmə, inklüziv və davamlı inkişafı təşviq etməklə rəqəmsal inkişafa dair konsensus yaratmaq üçün iyulun 5-dək Çinin paytaxtında müzakirələr aparacaqlar.

Rəqəmsal texnologiyanın şəhərsalmada əsas rolunu vurğulayan Çinin Mərkəzi Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları Komissiyası ofisinin direktoru Janq Ronqen bildirib ki, internet qlobal əməkdaşlığı asanlaşdıran unikal üstünlüklərə malikdir. Onun sözlərinə görə, bütün dünya şəhərləri rəqəmsal iqtisadiyyat və süni intellekt sahəsində mübadilə və əməkdaşlığı gücləndirmək üçün bu üstünlüklərdən istifadə etməlidir, onların inkişafı üçün əlverişli mühit və daha geniş imkanlar yaratmalıdır.

Sinxua xəbər agentliyinin baş direktoru Fu Hua qeyd edib ki, onun rəhbərlik etdiyi qurum Çinin dövlət mediası olaraq uzun müddətdir ki, rəqəmsal inkişafı işıqlandırır və rəqəmsal iqtisadiyyatın təşviqində bütün maraqlı tərəflərlə əməkdaşlığı genişləndirməyə hazırdır.

Fu Huanın sözlərinə görə, xəbər agentliyi Çinin rəqəmsal şəhərlərin inkişafındakı tərəqqini hərtərəfli işıqlandırmağa və Çin şəhərləri ilə digər ölkələr arasında qarşılıqlı əlaqə haqqında parlaq hekayələr danışmağa çalışacaq.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Çindəki daimi nümayəndəsi Beate Trankmann Pekinin rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Çin paytaxtının şəhər idarəçiliyini təkmilləşdirmək üçün rəqəmsal texnologiyalardan istifadə kimi dünya ictimaiyyətinə mühüm təcrübə qazandıran bir çox innovativ addımlar atdığını diqqətə çatdırıb.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktorunun müavini Çjan Sinçen deyib: “Pekin qlobal rəqəmsal şəhərlərin qurulmasında rəqəmsal uyğunlaşma konsepsiyasını şəhərsalma strategiyasına daxil etməklə yanaşı, həm də bir sıra innovativ təcrübələrin tətbiqi ilə dünyaya nümunə olub”.

Onun sözlərinə görə, rəqəmsal dövrdə transformasiya təkcə texnoloji nailiyyətlər deyil, həm də qlobal əməkdaşlıq konsepsiyasının təkamülü ilə bağlıdır. ÜTT rəsmisi vəd edib ki, təşkilat texnoloji tərəqqinin insanların rifahına və qlobal inkişafa daha effektiv töhfə verə biləcəyi birləşdirici çoxtərəfli platforma rolunu oynamağa davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
50
azertag.az

10Mənbələr