AZ

Premyer Liqadan 2 klubunun “radar”ındadır - “İnter”in hücumçusu

“İnter”in hücumçusu Markus Türam karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

27 yaşlı forvardla Premyer Liqanın iki top-klubu – “Arsenal” və “Mançester Yunayted” ciddi şəkildə maraqlanır.

Türamın Milan təmsilçisi ilə bağladığı müqavilədə 85 milyon avro məbləğində sərbəst qalma bəndi yer alıb.

O, son mövsümdə A Seriyasında 32 oyunda iştirak edərək, 14 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Fransalı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Seçilən
11
50
sportinfo.az

10Mənbələr