AZ

Məhkumlar arasında badminton yarışı keçirilib

Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində penitensiar müəssisələrdə çoxsaylı mədəni-kütləvi, maarifləndirici, eləcə də idman tədbirləri, seminar və görüşlər təşkil edilir. Bu istiqamətdə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

90deqiqe.Az xəbər verir ki, növbəti tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilib.

5 iyul - Dünya Badminton Günü münasibətilə təşkil olunmuş idman turnirlərində qadın və yeniyetmə məhkumlar yarışıblar. Oyunlarda qalib gələn məhkumlar medallar və hədiyyələr ilə mükafatlandırılıblar.

Seçilən
1
18
90deqiqe.az

10Mənbələr