AZ

Məhkumlar arasında badminton yarışı - FOTO

Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində penitensiar müəssisələrdə çoxsaylı mədəni-kütləvi, maarifləndirici, eləcə də idman tədbirləri, seminar və görüşlər təşkil edilir. Bu istiqmətdə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

İdman.biz xəbər verir ki, növbəti tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə təşilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilib.

5 iyul - Dünya Badminton Günü münasibətilə təşkil olunmuş idman turnirlərində qadın və yeniyetmə məhkumlar yarışıblar.

Qaliblər medallar və hədiyyələrlə mükafatlandırılıblar.

İdman.biz

Seçilən
3
17
idman.biz

10Mənbələr