Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“KİA” markalı avtomobil yolun kənarında dayanan “VAZ-2106”-ya çırpılıb, nəticədə bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2106”-ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”-nın sürücüsü, 59 yaşlı Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmçinin sonuncu avtomobildəki sərnişin, 48 yaşlı Xalidə Əliyeva, “KİA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.