AZ

Zaqatala ağır qəza: 1 nəfər öldü, ata və oğlu yaralandı

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zaqatalada 2 minik avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi KİA markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan VAZ-2106-ya çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, KİA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
18
axar.az

10Mənbələr