AZ

Azərbaycanla İranın ticarət dövriyyəsi artır

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsi 257 milyon 964 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% və ya 19.6 milyon ABŞ dolları artıb.

Qeyd edək ki, cari ilin beş ayı ərzində Azərbaycandan İrana 6 milyon 86 min, İrandan Azərbaycana isə 251 milyon 878 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Beləliklə, illik müqayisədə Azərbaycanın İrana ixracı 3.7% azalıb, İranın Azərbaycana ixracı isə 8.5% artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,06%-i, idxalının isə 2.53%-i İranın payına düşüb.

Əlavə edək ki, İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib.

© APA

Seçilən
14
19
marja.az

10Mənbələr