AZ

“Rayonlarda susuzluqdan zərər görən kənd təsərrüfatı, Bakıda isə kanalizasiya suyunda boğulan insanlar”…- ÖLKƏDƏ NƏ BAŞ VERİR?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin törətdiyi özbaşınalıqlarla bağlı bir sıra şikayətlər var. 

NOCOMMENT.az bildirir ki, bu barədə sayta şikayət daxil olub.

Bu dəqiqə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin sahibkarlara və kənd təsərrüfatına vurduğu ziyanı yalnız, ermənilər vura bilərdi. Ölkədə Zaur Mikayılov, Fuad və başqalarının rayonlarda təsərrüfatları var və onların hər birinə su verildiyi halda kasıb olan kənd əhalisi susuz qalır.

Regional Su Meliorasiya Xidməti-də ciddi problemlər var. Su oliqarxlara verilir və kasıb kəndlilərin sahələri isə yanır və nəticədə əkin sahələri məhv olur. Su kanalları bərbad gündədir, bunun həlli üçün ayrılan pulları yeyirlər.

Bildirilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu məsələləri tənzimləyə bilmir, əhali su üzərində qırğına çıxır. Qorxmaz suyun olduğu vaxtlarda isə vəziyyət bundan qat-qat yaxşı idi.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin suyu idarə edə bilməməsi səbəbindən kənd təsərrüfatının daha mənfiyə getdiyi bildirilir.

Rayonlarda kənd təsərrüfatı üçün suyun olmaması, Bakıda isə kanalizasiya suları fəsadlar yaradır.

İllərdir kanalizasiya xəttlərinə ayrılan milyonlar yeyilir amma, hələ də kanalizasiya xəttlərində olan problemlər aradan qaldırılmır və bu səbəbdən də yollara, insanlara zərərlər dəyir.

Kənd yerlərində susuzluq kənd təsərrüfatı məhsullarında qiymət artımına səbəb olur bəs, kəndlilərin bu şikayətlərinə niyə baxılmır? Dövlət orqanlarında baş verən özbaşınalıqların qarşısı nə vaxt alınacaq? Sakinlərin xeyrinə ayrılan təmir pulları niyə abadlıq üçün istifadə olunmur?

Seçilən
7
50
nocomment.az

10Mənbələr