AZ

Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir...

Rusiya Azərbaycanla gərginlik fonunda Ermənistandakı hərbi varlığını artırır. Xüsusilə, Kreml Cənubi Qafqaz ölkələrinə hərbi və siyasi təzyiqləri artırmaq üçün Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyəti gücləndirib.

SİA-xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hərbi bazada hazırda Rostov və Volqoqrad vilayətlərində, eləcə də müvəqqəti işğal olunmuş Krımda xidmət edən Rusiya Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilib.

Bundan əlavə, Rusiya komandanlığı Şimali Qafqazda, xüsusən Şimali Osetiya və Adıgeydə fəal şəkildə könüllülər cəlb edir.

...Rusiya qoşunlarının Ermənistanda yerləşdirilməsi Kremlin qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmağa yönəlmiş hərtərəfli strategiyasının elementidir. Moskva millətlərarası münaqişənin qızışdırılması ilə yanaşı, Qafqazda hərbi mövcudluğunu artırır.

Çox güman ki, Azərbaycan və Rusiya Federasiyası arasında münasibətlərin korlanması əvvəlcədən hazırlanıb.

Bunu Kəşfiyyat Nazirliyinin nümayəndəsi Andrey Yusov bildirib.

Əli Babayev

Seçilən
7
50
sia.az

10Mənbələr