AZ

Tramp yatmazdan əvvəl xanımına nə deyir? – Özü açıqladı

ABŞ prezidenti Donald Tramp deyib ki, yatmazdan əvvəl həyat yoldaşı Melaniya Trampı “Birinci Xanım” adlandırır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

“Gecən xeyrə qalsın, Birinci Xanım, əzizim” deyirəm. Bu mənə xatırladır ki, mən prezidentəm”, deyə Tramp etiraf edib.Bundan əvvəl “The New York Times” qəzeti məlumatlı mənbələrə istinadən yazırdı ki, Melaniya Tramp Ağ Evdə nadir hallarda görünür.

Birinci xanımın ənənəvi vəzifələrinin əhəmiyyətli hissəsi – qəbul təşkil etmək, turistlərlə görüşmək və iqamətgahın interyerini yeniləmək kimi işlər – özü Trampın öhdəsinə keçib. Qəzet xüsusi ilə vurğulayıb ki, Qızıl bağın dekorasiyası və Qadınlar Tarixi Gününə həsr olunmuş tədbirlərin təşkili məhz ona tapşırılıb.

Mənbələrin qeyd etdiyinə görə, Melanıyanın bu qədər məhdud iştirakının əsas səbəbi təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq olub.

Qayanrinfo

Seçilən
21
50
tribunainfo.az

10Mənbələr