AZ

Tramp Zelenski ilə anlaşdı

Ukrayna prezidenti Vladimir Zelenski dünən ABŞ prezidenti Donald Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı “məhsuldar və vacib” görüş keçirib. Zelenski bildirib ki, o, Trampla ölkəsinin hava hücumundan müdafiə imkanlarını müzakirə edib və Ukraynanın hava məkanının mühafizəsini gücləndirmək və iki ölkə rəsmiləri arasında görüş keçirmək üçün birgə işləməyə razılaşıb.

Ukrayna prezidenti deyib ki, görüşdə hərbi alışlar və qarşılıqlı investisiyalar, diplomatik səylər, Vaşinqton və digər tərəfdaşlarla iş müzakirə olunub. Tramp Zelenskiyə deyib ki, Vaşinqton Ukraynaya hava hücumundan müdafiə ilə kömək etmək istəyir.

İki liderin görüşü Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşünü məyusedici adlandırmasından sonra baş tutub. Donald Tramp isə öz növbəsində tezliklə həll olunacağına ümid etdiyi müharibədə irəliləyişin olmamasından narazılığını təkrar edərək, görüşdən sonra “Mən heç bir irəliləyiş əldə etməmişəm” deyib.

Seçilən
17
50
vaxt.az

10Mənbələr