AZ

79 yaşlı aktyorun saxlanılmasına etiraz etdilər

79 yaşlı aktyorun saxlanılmasına etiraz etdilərİzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İzmir Şəhər Teatrlarının Qurucu baş bədii rəhbəri, aktyor Yücel Erten saxlanılıb.

Axşam.az xəbər verir ki, aktyora qarşı atılan bu addım həmkarları tərəfindən sərt tənqid olunub.

Aktyor Reha Özcan paylaşımında bunları yazıb:

"80 yaşında Yücel Erten hamımızın rejissoru olmuş bir dəyərdir. Onun işlərinin başına qayıtması üçün dua edirəm".

Ssenarist, rejissor və yazar Özen Yula sosial media hesabında bu sözləri qeyd edib:

"Yücel Erten Türk Teatrının yaşayan ən böyük ustadlarından biridir. Bu həbs məsələsi onsuz da olmayan hər şeyin dadını pozdu. Bu səhvin bir an əvvəl aradan qaldırılmasını istəyirik".

Aktyoru Murat Daltaban isə "Yücel Erteni saxlamağın nə mənası var? Ayıb olsun sizə. Sənətçinin layiq olduğu mükafat. Sənətə və onun işçilərinə nifrət, əməyini aşağılamaq bu ölkənin "siyasətçilərinin" qanında var".

Aktyor Hüseyin Avni Danyal isə "80 yaşına çatmış və bir çox xəstəliklə mübarizə aparan bu yaşına qədər də sənərtdən başqa bir işlə məşğul olmayan Yücel Erteni saxlamaq nədir? İfadə vermək üçün çağırdıqda gəlməkdən imtina etməyəcək olan aktyoru belə oyunlarınıza alət etməyin" deyə, paylaşım edib.

Seçilən
13
21
big.az

10Mənbələr