Pakistanda çoxmərtəbəli bina uçub.
Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Kəraçidə 6 mərtəbəli yaşayış binasının uçması nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb. Ən azı 8 nəfərin hələ də dağıntılar altında qaldığı güman edilir.
Xilasedicilər sağ qalanların axtarışları üçün ağır texnikadan istifadə etsə də, dar küçələr onların işini çətinləşdirir.
Bizim.Media