AZ

ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb



ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.

Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qızlar üçün yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.

Qubernator Qreq Abbott bir neçə əyalətdə fövqəladə vəziyyət elan edib və itkin düşmüşlər siyahısında olan hər kəsin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz aparılacağını bildirib. ABŞ Sahil Mühafizəsi sakinlərin təxliyyəsinə kömək edir.
Seçilən
20
50
newscenter.az

10Mənbələr