AZ

Beş idman növündə yeddi lisenziya – Azərbaycan Dünya Oyunlarına hazırlaşır

Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarında Azərbaycan da daxil olmaqla 118 ölkədən 5 min idmançı iştirak edəcək.

İdman.biz xəbər verir ki, bu statistikanı multiforumun Təşkilat Komitəsi açıqlayıb.

Azərbaycan komandası beş müxtəlif idman növündə yeddi iştirak lisenziyası qazanıb.

Çində ölkəmizi təmsil edəcəklər:

Mixail Malkin (tamblinq, akrobatika),
Ağasif Rəhimov – Raziya Seyidli (qarışıq cütlük, akrobatika),
Murad Rəfiyev – Daniyel Abbasov (kişilər dueti, akrobatika)
Riad Səfərov, Rəsul Seyidli, Abdullah əl-Meşaihi və Seymur Cəfərov (kişilər qrupu, akrobatika),
Vladimir Dolmatov – Mədina Mustafayeva (qarışıq cütlük, aerobika),
İrina Zaretska (karate),
Amin Quliyev (kikboksinq).

Dünya Oyunları Olimpiya proqramına daxil olmayan idman növləri üzrə keçirilən yarışlardır. Bu oyunlar da hər dörd ildən bir təşkil olunur. Bu dəfəki proqramda 35 idman növü yer alıb və onların bəziləri 2028-ci ildə Los Ancelesdəki Olimpiya Oyunlarının proqramına daxil ediləcək. Məsələn, beysbol, flaq-futbol və lakross kimi idman növlərini qeyd etmək mümkündür.

Ən çox lisenziya qazanan ölkələr isə ev sahibi Çin, eləcə də Fransa, Avstraliya, ABŞ, Çexiya, Niderland, Almaniya və İsveçrə komandalarıdır. Bu ölkələrin hər birini 100-dən çox idmançı təmsil edəcək.

Qeyd edək ki, Dünya Oyunları avqustun 7-17-də keçiriləcək.

İdman.biz

Məqalədə:
Seçilən
0
4
idman.biz

10Mənbələr