ABŞ-də 18 ildir övlad sahibi olmağa çalışan cütlük süni intellektdən istifadə edərək övlad sahibi olublar.
Bizim.Media xəbər verir ki, bu, STAR (Sperm Tracking and Recovery) texnologiyasından istifadə etməklə əldə edilən dünyada ilk hamiləlikdir.
Cütlüyün uşaq sahibi ola bilməməsinə səbəb kişidə azoospermiyanın olmasıdır. Müalicə əsasında adi IVF üsulları təsirsiz olub: hətta yüksək ixtisaslı mütəxəssislər belə bir hüceyrə tapa bilməyiblər.
Daha sonra Kolumbiya Universitetinin sonsuzluq müalicəsi mərkəzində alimlər yeni süni intellekt-STAR əsaslı sistemdən istifadə etməyi təklif ediblər. Bu sistem mikroskop altında görülə bilməyən tək spermatozoidləri belə aşkar edir. Sistemlə aşkarlanan spermlərdən bir neçəsi qadın yumurtalarını dölləşdirmək üçün istifadə edilib. Prosedur uğurlu nəticələnib.
Mütəxəssislər qeyd edirlər ki, STAR texnologiyası dünyada bir çox sonsuz kişilərə ümid
verəcək.
Qeyd edək ki, sözügedən metodu ilk dəfə Zeva Vilyams kəşf edib.
Bizim.Media