ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
18 ildir uşaq sahibi olmağa çalışan, lakin uğursuzluğa düçar olan cütlük, süni intellektin dəstəklədiyi “STAR” üsulu sayəsində ilk körpələrini dekabrda qarşılayacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də bir cütlük süni intellektin köməyi ilə 18 il çalışdıqdan sonra ilk körpələrini qarşılamağa hazırlaşır . CNN İnternational-ın məlumatına görə, cütlük dəfələrlə in vitro gübrələmə müalicəsindən keçsələr də, kişilərdə görülən “azospermiya” adlı bir vəziyyətə görə, qadının hamilə qalması mümkün olmayıb. Bu nadir vəziyyətdə hamiləlik mümkün deyil, çünki kişinin spermasında ölçülə bilən sperma yoxdur.
Normalda sperma nümunəsində yüz milyonlarla sperma olduğu halda, bu vəziyyətdə olan insanlarda mikroskop altında saatlarla araşdırıldıqdan sonra belə sperma tapıla bilməz.
Şəxsi həyatlarının gizli qalmasını istədikləri üçün kimliklərinin paylaşılmasını istəməyən cütlük, bu vəziyyətdən əziyyət çəkdikləri üçün yeni bir üsul sınaqdan keçirilməsi üçün Kolumbiya Universiteti Doğuş Mərkəzinə müraciət edib. “STAR” adlanan bu üsula süni intellekt kömək edirdi.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.