Mingəçevirdə Kürdə baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, katerin sahibi Elşən adlı şəxs katerə normadan artıq sərnişin yerləşdirdiyindən ön hissəni görə bilməyib və qəza yaranıb.
Sözügedən şəxsin sürücülük vəsiqəsi yoxdur.
Qeyd edək ki, katerin gəmi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar arasında azyaşlılar da var.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta