AZ

Remi Riu “Paris”lə yeni müqaviləyə imza atdı

Fransa Liqa 1-ə yüksəlmiş “Paris” klubu komandanın 37 yaşlı fransız veteran qapıçısı Remi Riu ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə “Paris”in rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Remi Riu Lion “Olimpik”inin məzunudur. Qapıçı, karyerası ərzində “Loryan”, “Oser”, “Tuluza”, “Nant”, “Alanyaspor”, “Şarlerua”, və “Kan”da oynayıb.

Riu “Paris”ə 2024-cü ilin sentyabr ayında Lion “Olimpik”indən azad agent qismində qoşulub.

2024/2025-ci illər mövsümündə Riu “Paris” üçün 2 oyun keçirib, 1 qol buraxıb, 1 qoyunda isə qapısının toxunulmazlığını təmin edib.

Veteran qapıçının “Paris”in heyətindəki çıxışının ümumi mənzərəsi isə 3 oyun, 3 buraxılmış qol və 1 “quru” oyundan ibarətdir.

Remi Riu Fransanın U-17 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasında çıxış etmək isə veteran qapıçıya nəsib olmayıb.

Riu böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet portalı 37 yaşlı fransız qapıçının transfer dəyərini 100 min avro məbləğində qiymətləndirir.

Seçilən
21
3
arena.az

10Mənbələr