AZ

Qarabağda yeni tarix yazılır: Azərbaycanın regional liderliyi təsdiqləndi 

"Azərbaycanın əzəli torpağı olan Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Növbəti dəfə dünyanın ürəyi Azərbaycanla döyündü". 

Bu sözləri Sherg.az-a millət vəkili Ceyhun Məmmədov deyib.

 Deputat bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv regionun güclü dövlətlərinin liderləri Qarabağda Xanın kəndində bir araya gələrək regionumuzu və dünyamızı narahat edən qlobal məsələləri müzakirə etdi, mühüm bəyanatlar verdilər:

 "Bu, Azərbaycanın növbəti böyük uğurudur. Bu gün dünyadan nisgillə köçən əcdadlarımızın da ruhu şaddır, onların da arzusu çin olub. Azərbaycan tam müstəqil və bütövdür. Azərbaycan bütün bu misilsiz uğurlara Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə nail olub. Bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bölgəsində, hər yerində inkişaf və tərəqqi var. Bu işləri həyata keçirmək üçün həm də güclü iradə və prinsipial mövqe olmalıdır".

Parlament üzvü qeyd edib ki, bir neçə gün qabaq həmkarları ilə İƏT həftəsi çərçivəsində bir konfransda iştirak edib:
 "Konfrans Azərbaycan həqiqətlərinin təbliği, qadınları hüquqlarının qorunması sahəsində mühüm təcrübəsinin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Konfrans eyni zamanda bir çox mühüm çıxışlarla yadda qaldı. Növbəti dəfə beynəlxalq platformada Azərbaycanın mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Eyni zamanda, Laçında həyata keçirilən mühüm layihə və işlərlə yaxından tanış olduq. Bu gün Laçın özünün yeni inkişaf mərhələsinə daxil olub. Laçın heç zaman bu qədər gözəl və möhtəşəm olmayıb. Burada yeni hava limanı, istehsal sahələri və yaşayış binaları inşa olunub. Bu isə qısa zamanda Laçının bölgənin ən abad və gözəl bölgələrdən birinə çevriləcəyini göstərir. Həqiqətən də çox qürurvericidir ki, bu gün Qarabağ və Şərqi Zəngəzur mühüm beynəlxalq tədbirlərin keçirildiyi abad və firavan ərazilərə çevrilib. Dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər rəsmi şəxslər bura səfər edərək qısa müddətdə görülən işləri öz gözləri ilə görürlər. Qonaqların zaman-zaman çıxışlarında səsləndirdikləri fikirlər bunu bir daha təsdiq edir".
Seçilən
11
50
sherg.az

10Mənbələr