AZ

COVID 19 un yeni, daha yoluxucu ştammı pandemiya yarada bilər? Professor açıqladı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"Qripin özü də nə vaxtsa pandemiya yarada bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla koronavirusun təhlükəli ştamı olan XFG.3 və XFG-nin yayılmasından danışarkən deyib. Professor qrip virusunun yayılmasının elmi proqnoz olduğunu xatırladıb:

"Çünki mutasiyaya uğrayan virusdur. Bu baxımdan daim ayıq-sayıq olmalıyıq. Əvvəla bildirim ki, qlobal pandemiya bitib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onunla bağlı raport verib. Xüsusi vurğulayım ki, qlobal pandemiyanın sönməsinə səbəb vaksinasiya prosesi olub. Bu, infeksiya zəncirini uğurlu şəkildə qırdı. Bir də xəstələnib immuniteti yarananlar. Bu iki vəziyyətdə pandemiya tamamilə qırıldı".

Adil Qeybulla təəssüflə xırda epidemik ocaqların hələ davam etdiyini vurğulayıb:

"Son ştammı olan "omicron” hazırda mutasiya etməkdə davam edir. Əslində bu mutasiya virusun zəif orqanizmlərdə uzun müddət qalmasından dolayı baş verir. Məsələn, immun sistemi zəif olan xəstələr var, bunlar orqan köçürənlər, kimyəvi terapiyaya məruz qalanlar, terminal xəstələr, HİV daşıyıcıları və s. bunların orqanizminə virus düşür və uzun müddət orada qalır, çoxalır, mutasiyaya uğrayır. Virusun zaman-zaman müxtəlif ştammları peyda olur".

Adil Qeybula bu gün koronavirusun davam etdiyini əlavə edib:

"Hazırda bu virusdan bütün dünya ölkələrində ölüm halları mövcuddur. O ki qaldı epidemioloji vəziyyətin pisləşməsi, bu gün belə bir təhlükə yoxdur. Düzdür, bəzən olur ki, bir ştamm xeyli arealı əhatə edir, amma istəlinən halda onun geniş yayılması imkanları yoxdur”.

Professorun fikirincə, epidemioloji vəziyyət təkcə koronavirusla məhdudlaşmır:

"Amma düşünürəm ki, biz həmişə bu cür vəziyyətə hazır olmalıyıq”.

Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə (COVID-19-un yeni, daha yoluxucu ştammı yayılıb. XFG ştammı "omicron” ştammının nəslindəndir. 

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
qaynarinfo.az

10Mənbələr