Bakı. Trend:
Böyük Britaniyada COVID-19-un yeni ştamı sürətlə yayılmağabaşlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, “Stratus” adlanan bu ştamın XFG vəXFG.3 adlı iki variantı mövcuddur.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatınagörə, XFG.3 hazırda ən geniş yayılan variant hesab edilir.
Digər ştamlardan fərqli olaraq, “Stratus”un diqqətçəkənxüsusiyyəti onun özünəməxsus simptomudur. Bu ştama yoluxaninsanlarda səsin batması və boğazda xırıltı müşahidə edilir.
Adıçəkilən agentliyin baş epidemioloqu Aleks Allen bildirib ki,virusların zamanla mutasiyaya uğraması və dəyişməsi normaldır. “Bizbütün COVID-19 variantlarını yaxından izləməyə davam edirik”, -deyə o vurğulayıb.